Aktrisa Başak Sayan hamiləliyinin son günlərində fotosessiya etdirib.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, "Yaprak dökümü" ilə məşhurlaşan aktrisa əkiz uşaqlarına Ares və Milan adını verməyi düşünür.
"Renkli sayfalar" proqramının canlı efirinə qoşulan B.Sayan yarıçılpaq hamiləlik fotolarını tənqid edənlərə cavab verib:
"Bu, mənim seçimimdir. Biz bu fotoları xatirə olsun deyə, çəkdik. Fotoqraf dostum da öz səhifəsində paylaşıb, oradan yayılıb".