Asiya-Sakit okean regionunda 400 mln. insan yoxsulluq həddində yaşayır

30 Mart 2017 10:10 (UTC+04:00)

Asiya-Sakit okean regionunda təqribən 400 milyon insan və ya hər 10 nəfərdən biri yoxsulluq həddində yaşayır.

"Movqe" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının yeni hesabatında bildirilir.
Məlumata görə, gündəlik olaraq yoxsulluq problemi ilə qarşılaşan şəxslərin ¼ hissəsi regionun inkişaf etməkdə olan ölkələrinin payına düşür.