Meksikanın dənizdə yerləşən neft terminalında yanacağın alışması nəticəsində 17 nəfər yaralanıb. "Movqe" xəbər verir ki, bu barədə çərşənbə günü "Pemex" neft şirkəti məlumat yayıb. "İnsident nəticəsində Madero dəniz terminalında (Tamaulipas ştatı) 17 fəhlə yüngül yaralanıb, onlara artıq tibbi yardım göstərilib", — deyə "Pemex"in "Twitter" mikrobloqunda bildirilir.