Tələbələr "tələbə kart"larından narazılıq edirlər
6 Fevral 2013 18:02 (UTC+04:00)
Azərbaycanda tələbələr onlara verilən "tələbə kart"larındakı
endirimlərdən narazıdırlar. Bu barədə Movqe.az-a tələbələr məlumat
verib. Tələbələrin sözlərinə görə, bu kartlar əslində tələbələrin
endirimlə alış-verişi üçün nəzərdə tutulsa da, endirim nəzərdə
tutulan əksər obyektlərdə tələbə kartlarsız belə endirimlər var.
Sırf tələbələr üçün edilən endirimlər isə çox cüzidir. Tələbələr
bildirilər ki, endirim kampaniyasında iştirak edən obyektlərin
çoxunda endirimlə belə qiymətlər elə yüksəkdir ki, endirimsiz
obyektlərin xidmətindən istifadə etmək onlar üçün daha sərfəlidir:
"Tutaq ki, Bella gözəllik salonunda endirimlə saç, makiyaj
etdirməkdənsə adi salonda iki dəfə bundan ucuz saçın
düzləşdirilməsi mümkündür. Bu salonda saçın düzləşdirilməsinin
qiyməti 15 manatdır. Tələbələrə isə 50 faiz güzəştlə bu 7 manat 50
qəpiyə başa gəlir. Bu qiymətə iki dəfə başqa salonda saçı
düzəltdirmək olar, hələ 50 qəpik də tələbənin öz cibində qalar.
Paytaxtın əksər bərbərxanalarında saçın düzləşdirilməsinin qiyməti
hamı bilir ki, üç manatdır. Daha bunun harası endirim oldu. Bundan
əlavə elə obyektlər seçilib ki, oradan tələbə oldun-olmadın
endirimlə mal almaq olur. Bircə Pizza kafelərdə bi qədər
sərfəlidir".
Tələbələr deyirlər ki, "tələbə kart"ları hələki tələbələrə sərfəli
endirimlər təklif etmir: "Yaxşı olar ki, EYCA-nın Azərbaycandakı
üzvü olan, Xəzər İnvestitsiya Mərkəzi daha sərfəli endirim təklif
edən obyektlərin adını bu siyahıya salsın. Belədə həmin obyektlər
kart vasitəsilə ancaq reklam olunurlar".
Birdə tələbələr onlara endirim təklif edən ticarət, iaşə obyektləri
barədə kataloqların verilmədiyindən şikayətləndilər: "Gərək Eyca.az
saytına daxil olub ebdirim olan obyektlərin siyahısına baxasan.
Kataloq əlimizdə olsa rahat seçimimiz edə bilərik".
Amma ümumilikdə tələbələr onlar üçün nəzərdə tutulmuş "tələbə
kart"larının hazırlanmasının təqdirəlayiq iş olduğunu söylədilər.
Xəzər İnvestitsiya Mərkəzinin rəhbri Elşən Musayev isə deyir ki,
"tələbə kart"ı vasitəsilə endirimli xidmət təklif edən
ticarət,alış-veriş obyektlərinin sayı hər gün artır və inkişaf
etdirilir: "Bu kartlar sırf tələbələrin sosial statutuna dəstək
məqsədi ilə yaradılıb. Biz də istəyirik ki, tələbələr bu kartın
köməyi ilə endirimli xidmətlərdən yararlana bilsinlər. O ki, qaldı
endirimlərin tələbələrə sərfəli olmamasına, bu xidməti təklif edən
şirkət, obyektlərin səlahiyyətinə aid məsələdir. Endirimin neçə
faiz olması barədə qərarı onlar verirlər. Sahibkarlıq subyektləri
bəzən elə hesab edirlər ki, endirimi çox etsələr itirəcəklər. Amma
nəzərə almalıdırlar ki, bu endirim onların müştəri ordusunu
artırır. Yəni bu tərəfdən endirim etsələr də digər tərəfdən
qazanırlar".
E. Musayev "tələbə kart"larının tələbələrə sərfəli olması üçün
endirim təkcə endirim təklif edən obyektlərin yox, xidmət
sahələrinin də genişləndirildiyini söylədi".
Endirim nəzərdə tutulan ticarət, iaşə obyektləri barədə tələbələrin
məlumatsızlıqlarına gəlincə, E. Musayev eca.az saytında bu barədə
ətraflı məlumat verildiyini, 2000 kataloqun hazırlanaraq ali təhsil
ocaqlarının Tələbə gənclər Təşkilatlarına paylanıldığını söylədi:
"Tələbələrin kartlarla bağlı nə arazılıqları varsa biz onlarla bu
məsələni müzakirə edib çıxış yolları aramağa hazırıq".