Qadın idmançılar cəzalandı

1 Aprel 2017 19:44 (UTC+04:00)

İranı beynəlxalq bilyard yarışlarında təmsil edən qadın idmançılar ağır cəza alıblar.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, yarışmadan görüntülər yayıldıqdan sonra İranın bilyard federasiyası onları təmsil edən qadınların geyimlərinin İslam qaydalarına uyğun olmamasını əsas gətirib.

Həmin qadınlar bir il ərzində ölkədaxili və beynəlxalq yarışlarda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl də İran Şahmat Federasiyası 18 yaşlı qadın şahmatçı Dorsa Derehşanini eyni ittihamla yarışlardan uzaqlaşdırmışdı.