Cəbhədə vəziyyət gərgindir
7 Fevral 2013 11:00 (UTC+04:00)
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri
dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə
tutublar.
Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı və Şirvanlı,
Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı
Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun
ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətidnən verilən məlumata görə,
düşmən cavab atəşi ilə susdurulub.