Yeni ailə quran müəllimə məktub yazıb özünü öldürdü

2 Aprel 2017 18:15 (UTC+04:00)

Movqe.az bakipost.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun Bəydilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 31 yaşlı Esmira Həsənova bu gün gecə saatlarında özünü yaşadığı evdə asıb. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib.