ADU-da iki fakültə birləşdirilərək yenisi yaradılıb

3 Aprel 2017 10:44 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən universitetin ingilis və alman dili üzrə pedaqoji, eləcə də ingilis və fransız dili üzrə pedaqoji fakültələri birləşdirilib.
 
ADU-nun mətbuat xidmətindənMovqe.az-a verilən xəbərə görə, birləşdirilən iki fakültənin bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb. İki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.