"Pikeyə görə ölümə də gedərik"

3 Aprel 2017 12:56 (UTC+04:00)

"Barcelona"nın yarımmüdafiəçisi İvan Rakitiç "Granada" ilə oyundan (4:1) sonra fikirlərini bölüşüb.

Movqe.az  goal.az-a istinadən xəbər verir ki, xorvatiyakl havbek bunları deyib:

"Komanda yoldaşımıza görə ölümə də gedərik. Xüsusilə də Pike kimi klubun rənglərinə bu qədər bağlı olan birinə görə. Rafinyanın əhvalı zədələnməsinə görə pozulmuşdu. Onu şənləndirməyə çalışırdıq. "Granada" üzərində qələbə bizim üçün çox vacib idi. Messinin yoxluğu də həmişə hiss olunub".