Azərbaycanda estetik burun əməliyyatı keçirən kişilərin sayı artır-Həkimdən açıqlama

3 Aprel 2017 14:32 (UTC+04:00)

Azərbaycanda rinoplastika üçün son vaxtlar müraciət edənlərin əksəriyyəti kişilərdir. Bu sözləri Movqe.az-a açıqlamasında lor, rinoplastik cərrah Hüseyn Məmmədov söyləyib. H. Məmmədov bildirib ki, son vaxtlar estetik burun əməliyyatlarına kişilər də müraciət edir: “Əvvəllər kişilər lor əməliyyata burunda hansısa travma olduqda müraciət edirdilər. Son vaxtların müşahidəsi göstərir ki, indi səhhətində problem olmadıqda belə əməliyyat üçün müraciət edirlər. Müayinə etdikdə heç bir travma üzə çıxmır. Yalnız burunun formasına görə əməliyyat etdirirlər ki, daha yaxşı görünsünlər. Əvvəllki illərlə müqayisədə son vaxtlar belə kişilərin sayı artıb”.

Zülfiyyə QULUYEVA