3 taekvondoçumuz “Top-10”da

3 Aprel 2017 15:46 (UTC+04:00)

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10”u Azərbaycan üçün uğurlu saymaq olar.

Mart üçün tərtib olunan siyahıda yığmamızın 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidir. Aktivində 492.2 xalı olan idmançımız ən yaxın izləyicisi Dmitri Şokini (Özbəkistan) 131,48 xal qabaqlayır.

Olimpiadanın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) də mövqeyini qoruyub. İkinci yerdə olan təmsilçimiz 345,33 xala malikdir.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadənin də yeri dəyişməz qalıb. Avropa Oyunlarının qalibi 187,47 reytinq xalı ilə 8-cidir.