Bakı Metropoliteni: "Sərnişinlərin narahat olacağı heç nə yoxdur"

3 Aprel 2017 18:14 (UTC+04:00)

"Bakı metrosunda təhlükəsizlik məsələləri ilə bağlı sərnişinlərin narahat edəcək heç nə yoxdur."

Movqe.az xəbər verir ki, bunu report-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"Bakı metrosunda təhlükəsizlik məsələlərinə birbaşa Daxili İşlər Nazirliyi (polis) və təhlükəsizlik orqanları nəzarət edirlər. Onlar hər zamankı kimi təhlükəsizliyi yüksək səviyyədə təmin edirlər. Sərnişinlər narahat olacağı heç nə yoxdur", - N. Paşayev əlavə edib.