Binəqədi rayonunda bu küçədə hərəkət məhdudlaşdırılacaq

4 Aprel 2017 11:10 (UTC+04:00)

Təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən, Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Movqe.az-a verilən məlumata görə, sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq, həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.