Azərbaycana gələn turistlərin sayı 12 faiz artıb

4 Aprel 2017 22:00 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Mart ayında da Azərbaycana cox sayda turistin gəldiyini deyən H.Rəcəbli ölkədə turizmin inkişaf etdiyini və bu inkişafın Prezidentin turizm sahəsi ilə bağlı verdiyi son sərəncamlarla bundan sonra da davam edəcəyini söyləyib.