Zaur Kazımov prokurorluqda dindirildi
7 Fevral 2013 13:16 (UTC+04:00)
Fəaliyyəti qadağan edilən Azərbaycan Beynəlxalq Universitetinin
rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin
şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov
Baş Prokurorluqda dindirilib.
Məlumata görə, Zaur Kazımovun dindirilməsinə səbəb Elşad
Abdullayevin yayımladığı videolarda onun adının çəkilməsidir. Qeyd
edək ki, Zaur Kazımov Abdullayevin yayımladığı videoların birində
"Boyevoy oğlan" kimi təqdim edilir.
Məlumatda qeyd olunur ki, Zaur Kazımov istintaqa Mahir Abdullayevin
Dağıstanda saxlanması və onun gətirilməsinə dair Elşad Abdullayevlə
söhbətinə görə çağrılıb.
Moderator.az bildirir ki, Zaur Kazımov bu barədə danışmaq
istəmədiyini deyərək, telefonun dəstəyini asıb. Moderator.az