80 yaşlı Rəşid kişi: "Toy gecəsindən sonra gəlin qaçdı"

5 Aprel 2017 20:40 (UTC+04:00)

Türkiyədə oğurluq hadisəsi qeydə alınıb.

Movqe.az  milli.az-a istinadla bildirir ki, 80 yaşlı Rəşid Dalkılıc oğurluqla bağlı polisə müraciət edib. O bildirib ki, evləndiyi qadın başına oyun açıb.

"Həyat yoldaşım vəfat etdikdən sonra ehtiyaclarımı qarşılamaq üçün ikinci dəfə ailə qurmaq qərarına gəldim. Tanışımdan kömək istədim, o da mənə Zeynəbi məsləhət gördü. Mənə dedi ki, onun bir az borcu var. Borcları ödəyib, ona da bir-iki bilərzik almaq lazımdır. Mən də razılaşdım. Qadın evimə gəldi. Birlikdə qaldıq. Səhər bankdan çıxardığım 5 min lirəni ona verdim. Məsciddən evə qayıdanda onu tapmadım. Ümumilikdə 15 min lirə ziyana düşdüm".