200-dən çox sərnişini olan bərə buzların arasında ilişib qaldı

5 Aprel 2017 22:30 (UTC+04:00)

Göyərtəsində 209 sərnişinin olduğu bərə Kanada sahillərində buzların arasında sıxışıb qalıb.  
 
Movqe.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə,  Şimali Sidney limanından yola düşən “Highlanders” bərəsi ötən gün buzların arasında bloklanıb qalıb. Bərənin göyərtəsində Sərnişinlərdən başqa 85 yük maşını və 65 minik avtomobili olub.  
 
Bərənin köməyinə buzqıran gəmi göndərilib. Bərə Bakı vaxtı ilə 04.00 radələrində xilas edilərək yoluna davam edib.