Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300-ü ötüb, daha 314 nəfər itkin düşüb

6 Aprel 2017 10:40 (UTC+04:00)

Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.Movqe.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, təbii fəlakət nəticəsində 301 nəfərin cəsədi tapılıb. Onların hələlik 173-nün şəxsiyyəti müəyyənləşdirilib. 
Qeyd edək ki, bundan əvvəlki məlumatda sel daşqınları nəticəsində 293 nəfərin öldüyü bildirilirdi.