Bakıda hamilə qadın dəm qazından öldü

6 Aprel 2017 10:25 (UTC+04:00)

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi ev 4, mənzil 2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 19 yaşlı Sahilə Xəlil qızı Əfəndiyeva dəm qazından boğularaq ölüb. S. Əfəndiyeva hamilə olub. APA