Gömrükdə telefon əməliyyatı keçirilib

6 Aprel 2017 14:10 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Movqe.az-a    verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.