“Azəriqaz” 18 yaşayış məntəqəsinə qaz verib

6 Aprel 2017 17:10 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində 852,9 km yeni qaz kəməri quraşdırılıb. Movqe.az-ın məlumatına görə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 46,2 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 18 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.