Nardaranda “Hacı Əbdül”dən silah-sursat tapıldı

6 Aprel 2017 17:39 (UTC+04:00)

Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumatda bildirilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan “AKS” markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd “F-1” qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.