BFB-nin dövriyyəsi kəskin artıb

6 Aprel 2017 20:30 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əməliyyatların ümumi həcmi təxminən 2,008 mlrd. manat təşkil edib. Bu barədə “Report”a BFB-dən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Son bir ildə bağlanmış əqdlərin sayı isə 1,99 dəfə artaraq 17 482-yə çatıb.
Birjanın ümumi dövriyyəsinin 47,47%-i və yaxud 953,023 mln. manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu da illik müqayisədə 2,4 dəfə çoxdur.
Cari ilin ilk rübündə Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları isə fond bazarının 14,15%-ni və yaxud 284,14 mln. manatlıq hissəsini əhatə edib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə bazarın bu seqmentində 1,84 dəfə artım olub.
Səhm bazarının həcmi də 10,6 dəfə artaraq 600,539 mln. manat, istiqraz bazarının həcmi isə 7,48 dəfə artaraq 165,434 mln. manat təşkil edib.
Bu ilin ilk rübü ərzində 4,531 mln. manatlıq 7 repo əməliyyatı aparılıb. Ötən ilin ilk rübündə isə repo əməliyyatları aparılmayıb.

Bazarın seqmentləri Dövriyyə (2017-ci ilin I rübü) Dövriyyə (2016-cı ilin I rübü)
  Əqdlərin həcmi, AZN Əqdlərin sayı Əqdlərin həcmi, AZN Əqdlərin sayı
I. Dövlət Qiymətli Kağızlar bazarı 284 139 544,15 83 154 463 807,72 47
MN dövlət İstiqrazları 77 100 929,47 52 154 463 807,72 47
İlkin bazar 72 352 887,88 44 76 477 659,19 21
Təkrar bazar 4 748 041,59 8 77 986 148,53 26
AMB notları 207 038 614,68 31 0 0
İlkin bazar 207 038 614,68 31 - -
Təkrar bazar - - - -
II. Pay bazarı 600 539 058,79 354 5 657 405,41 309
İlkin bazar 600 000 000,21 2 5 000 000,00 4
Təkrar bazar 539 058,58 352 657 405,41 305
III. Borc alətləri bazarı 165 434 290,33 216 22 102 590,63 33
AİF istiqrazları, ilkin bazar 50 105 000,00 6 - -
AİF istiqrazları, təkrar bazar 47 263 449,46 4 8 852 249,09 3
Digər korporativ istiqrazlar* (ilkin bazar)     3 878 408,45 16
Digər korporativ istiqrazlar* (təkrar bazar)  68 065 840,87 206 9 371 933,09 14
- o cümlədən, market-meyker 604 439,00 - 1 687 722,86 -
IV. Repo əməliyyatları 4 530 932,45 7 0 0
AMB-nin repo əməliyyatları - - - -
Digər repo əməliyyatlar 4 530 932,45 7 - -
V. Törəmə alətlər bazarı 953 022 853,55 16 822 397 697 959,41 8 416
Valyuta 896 778 177,0 15 812 371 696 306,0 7 136
Əmtəə 56 244 677,0 1 010 26 001 654,0 1 280
CƏMİ 2 007 666 679,27 17 482 579 921 763,18 8 805
- ilkin bazar ( I+II+III) 929,496,503 83 85,356,068 41
- təkrar bazar ( I+II+III) 120,616,391 570 96,867,736 348