Azərbaycanla Aİ arasında danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq

7 Aprel 2017 10:09 (UTC+04:00)

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
 
Onun sözlərinə görə, görüş çox güman ki, Azərbaycanda keçiriləcək: "Hazırda ekspertlərimiz görüşə hazırlıq görür".