60 ildir hamilə imiş - Tibb dünyası ŞOKDA

7 Aprel 2017 11:10 (UTC+04:00)

Həkimlər Çilidə hamilə qaldığından xəbəri olmayan 91 yaşlı Estela Melendezin bətnində əhənglənmiş 60 illik döl aşkar edib.

Movqe.az metbuat.az-a istinadən bildirir ki, qadın uzun illərdir qarnında döl daşıdığından xəbəri olmayıb. Həkimlər isə Melendezin 60 ildən çoxdur bu dölü daşıdığını bildirib.

Bu vəziyyət yaşlı qadın və ailəsi üçün böyük bir şok olub. Çünki dünyasını dəyişmiş əri və Melendez illərlə uşaq sahibi ola bilməyiblər.

Həkimlər qadını döldən xilas etmək üçün əvvəlcə əməliyyat düşünsələr də, yaşına görə bunun riskli olduğunu bildiriblər.

91 yaşlı qadın isə qarınındakı şişin ərini və uşaq sahibi olma xəyallarını xatırlatdığını deyib.