TRT-də FETÖ əməliyyatı: 38 nəfər saxlanıldı

7 Aprel 2017 15:15 (UTC+04:00)

"Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) TRT telekanalında təşkilatlanması ilə bağlı Ankara Cümhuriyyət Prokurorluğunda aparılan araşdırma davam etdirilib.

Movqe.az milli.az-a istinadən bildirir ki,  araşdırma nəticəsində 38 nəfər şübhəli haqqında saxlanılma qərarı çıxarılıb.

Prokurorluğun təlimatı ilə işə keçən təhlükəsizlik xidmətinin əməkdaşları şübhəlilərin tutulması üçün işə başlayıb.