Azərbaycan ilə İsrail arasında ikiqat vergitutma aradan qaldırılır

7 Aprel 2017 16:37 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasın gündəliyinə "Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi məsələsi daxil edilib.

Qeyd olunub ki, Azərbaycan ilə İsrail arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq mövcuddur və bu sənədin təsdiq edilməsi əlaqələrin inkişafına töhfə verəcək.

Sənəd səsə qoyularaq təsdiq edilib.