Şəkidə gəlinini güllələyən 84 yaşlı kişi həbsxanada ölüb

7 Aprel 2017 17:26 (UTC+04:00)

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alanb, 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.
 
Qeyd edək ki, 84 yaşlı H. İsmayılov  2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirib.