Misirdə yeni partlayış: 6 ölü (YENİLƏNİB)

9 Aprel 2017 17:18 (UTC+04:00)

Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 6-ya çatıb, 40 nəfər xəsarət alıb.

Movqe.az-ın  Trend-ə istinadən verdiyi xəbərə görə, bu haqda Əl-Manar telekanalı xəbər verib.

Son məlumatlar əsasən, İsgəndəriyyədə Şuxada küçəsi yaxınlığında ikinci partlayış baş verib.