"Azercell" abonentlərinə xəbərdarlıq edib

10 Aprel 2017 09:22 (UTC+04:00)

"Azercell Telekom" MMC abonentlərinə xəbərdarlıq edib.Şirkətdən Movqe.az-a verilən məlumata görə, "Azercell Telekom" tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirilmə işləri ilə əlaqədar aprelin 11-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.