Bakıda qadın dəm qazından boğularaq ölüb

10 Aprel 2017 14:13 (UTC+04:00)

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, aprelin 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini Əlvanə Behbudova evinin hamamında dəm qazından zəhərlənərək ölüb.