Ağsu sakini araqdan zəhərlənərək ölüb

10 Aprel 2017 14:55 (UTC+04:00)

Bakıda bir nəfər spritli içkidən zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, aprelin 7-də paytaxtın Nizami rayonu ərazisindən Ağsu rayon sakini Cabir Mustafayev alkoqoldan zəhərlənmə ilə Toksikologiya Mərkəzinə gətirilib və aprelin 8-də orada ölüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.