“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası”na yeni direktor seçildi

10 Aprel 2017 16:38 (UTC+04:00)

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin (AVMA) növbədənkənar 12-ci Ümumi Yığıncağı keçirilib. Movqe.az-ın məlumatına görə, Toplantıda Bakı Təhsil İdarəsinin şöbə müdiri Şahin İskəndərov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, valideynlər, məktəb direktorları, müəllimlər, şagirdlər, təhsil ekspertləri iştirak ediblər. Tədbirin sonunda təşkilatı məsələlərə baxılıb. Səsvermə nəticəsində Birliyin icraçı direktoru vəzifəsinə yekdilliklə Şahin Rəcəbov seçilib. Həmçinin İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər. Qeyd edək ki, AVMA İctimai Birliyi  2005-ci il aprel ayının 16-da Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun dəstəyi ilə yaradılıb. Hazırda birliyin şəhər və rayonlar üzrə 125-dək filialı var. 
Zülfiyyə Quluyeva