Bakıda kafedə 41 yaşlı kişi bıçaqlanıb

11 Aprel 2017 11:11 (UTC+04:00)

Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb. Movqe.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-ci il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 
Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.