Aparıcı efirə yenidən qayıdır

11 Aprel 2017 15:06 (UTC+04:00)

Space TV-də yeni şou proqram yayımlanacaq. Movqe.az xəbər verir ki, "Təəccüb Çevrəsi" adlı illüziya dolu şou proqram pozitiv aparıcı Mələk Heydərova və illüziyaçi Çingiz Həziyevin təqdimatında efirə gedəcək. Aparıcı Mələk Heydərova bir müddət aradan sonra yenidən efirə qayıdıb. O, sükutu belə pozub: "Yenidən efirə qayıdıram. Həqiqətən çox maraqlı şou ilə doğma kanalım Space-də yenidən tamaşaçıların qarşısına çıxacağam. Həmkarım çox peşəkar illüziyaçi Çingiz Həziyevdir. Fərqli bir veriliş olacaq. İnsanları sözün yaxşı mənasında şoka salacağıq". Mələk etirazını da bildirib: "Məni aktrisa kimi təqdim edəndə xoşuma gəlmir. Aktrisa deyiləm, aparıcıyam. Aktrisa kimi başlasam da mən özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də ki reklamlara çəkilirəm. Özümü aparıcı kimi görürəm və elə xoşbəxt hiss edirəm. Sevdiyim rejissor və ssenari olsa o zaman film və ya reklama çəkilərəm".