Avtomobilin təkərlərində gizlədilən 13 000 siqaret müsadirə edildi

12 Aprel 2017 10:19 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən  Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.