Qaqarin haqqında heç vaxt eşitmədiyimiz 12 maraqlı məlumat

12 Aprel 2017 16:26 (UTC+04:00)

12 aprel 1961-ci il Yuri Qaqarin kosmosa uçan ilk kosmonavt kimi tarixə düşdü. Bu gün həmin tarixdən 56 il keçir. Kulis.Az Kosmonavtika günü münasibəti ilə maraqlı faktları təqdim edir. 

 

 

1) Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu.

 

 

2) Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri Qaqarin idi. Sonradan bu siyahıda yalnız iki nəfərin adı qaldı: Yuri Qaqarin və German Titov. Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idi, Titov isə ziyalı ailəsində böyümüşdü.

 

 

3) Uçuşa çıxanda ilk dediyi söz bu olur: “Getdik...” Sonra isə əlavə edir: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

 

 

4) Qaqarin hər şeyin qaydasında olduğunu söyləyir. Ancaq bir az keçmiş problem yaşanır. Paraşütlə SSRİ torpaqlarına enir. Onu ilk görən ana ilə uşağı olur. Bu qəribə adamı görüb qorxurlar. Qaqarin isə onlardan mərkəzlə əlaqə qurmaq üçün telefon istəyir.

 

 

5) Uçuş uğurla başa çatmışdı. Xəbər Moskvada böyük sevinclə qarşılandı. Paraşütlə eniş isə gizli saxlanıldı.

 

 

6) Kosmos uçuşunun ustalıqla yerinə yetirilməsindən sonra Qaqarinə medallar, ordenlər verildi. Sovet qəhrəmanı elan olundu. Hədiyyələrin arasında ipəkdən iç geyimləri və corablar da vardı.

 

 

7) Qaqarinin qaşının üstündəki yara izi ilə bağlı bir sıra əfsanələr dolaşır. Həqiqət isə tamam başqadır. Qaqarin Anna adlı bir qadınla bərabər olduğu vaxt xanımının əlinə keçməmək üçün evin pəncərəsindən tullanır və həmin məşhur yara o zaman ortaya çıxır.

 

 

 

8) Onu sevənlər çox idi, ancaq getdikcə yüksələn nüfuzundan narahat olanlar da vardı. Qaqarinin nüfuzunun aşağı düşməsi üçün ona “alkaş” damğası da vurmuşdular.

 

9) Ölümündən sonra da bu iddia səslənirdi: kosmik gəmidən düşəndə içkiliymiş. Sonradan bu iddianın əsassız olduğu ortaya çıxdı.

 

 

10) Qaqarinin fərqli, qəribə bir insan olduğunu hər kəs söyləyir. Bir maraqlı fakt da var. Xruşovla görüşə gəldiyində rəsmi adamlar Qaqarinə baxıb təəccüblənirlər: ayaqqabısının ipi açılıbmış.

 

 

11) Kosmosa uçmadan iki gün əvvəl Qaqarin xanımına məktub yazır. Dəhşətli bir hadisə baş verdiyi təqdirdə bu məktubla Qaqarin xanımı ilə vidalaşacaqdı. Xanımı ərinin bu işin öhdəsindən gələcəyinə inandığı üçün məktubu açıb oxumur. 1968-ci ildə, uçuşdan 7 il sonra kosmonavtın xanımı Valentina İvanovna məktubu oxuyur. Həmin tarixdə MİG-15 təyyarəsində ilə sınaq uçuşunu reallaşdıran Qaqarin gözlərini əbədiyyən yummuşdu.

 

 

12) Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkcəsinin bir parçası tapılıb. Cibində isə ərzaq talonu, sürücülük vəsiqəsi, 40 rubl...

 

  lent.az