42 yaşlı Xuan Sebastyan Veron yaşıl meydanlara qayıdıb

12 Aprel 2017 13:55 (UTC+04:00)

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron yaşıl meydanlara qayıdıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunda "Barcelona" (Ekvador) ilə oyunda "Estudiantes"in start heyətində meydana çıxıb. Bu klubun, həm də prezidenti olan Veron 59-cu dəqiqədə əvəzlənib. Argentina təmsilçisi oyunda 0:2 hesabı ilə məğlub olub.