"Prava" düzəltmək adı ilə 5 nəfəri aldatdı

12 Aprel 2017 21:22 (UTC+04:00)

Qazax rayonunda dələduzluq edən şəxsin əməli başına bəla olub.

Movqe.az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov 5 nəfəri aldadaraq onlardan övladlarına sürücülük vəsiqəsi düzəltmək adıyla 5 000 manat pul alıb. Daha sonra isə Bakıya yollanıb.

Qazax Rayon Polis Şöbəsinə edilən müraciət əsasında Musa Cəfərov paytaxtda saxlanılıb.

Saxlanılan şəxs: "Olub da, həyatdır. Hər şey olur. Almışam səhv etmişəm. Düzgün deyil, bizlik deyil".

Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.