Bakıda uçqunda ölən və yaralananların sayı açıqlandı

12 Aprel 2017 17:21 (UTC+04:00)

Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub.

Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.