Hər gün bir ədəd yeyin

31 Oktyabr 2018 13:30 (UTC+04:00)

Movqe.az axşam.az-a istinadən yumurtanın faydalarını sadalayır:

Sümükləri gücləndirir - yumurtanın tərkibində sümük əriməsinin qarşısını alan və sümükləri gücləndirən kalsium var. Tərkibindəki D vitamini bədəndəki kalsium tarazlığını təmin edərək dişlərin də inkişafını təmin edir.

Sinir sistemini qoruyur - gündə bir ədəd yumurta yemək bədəni müxtəlif bakteriyalara və infeksiyalara qarşı qoruyur.

Əzələləri gücləndirir - yumurta zülal qaynağı olan qidalar sırasındadır. Əzələ yığmaq üçün məşqlər edirsinizsə, yumurta yemək sizin zülal ehtiyacınızı qarşılayacaq və əzələlərinizin inkişafına yardım edəcək.

İnfarkt riskini azaldır - aparılan araşdırmalar sübut edib ki, yumurtada olan aşağı miqdarda lipoprotein ürək infarktına tutulma riskini azaldır.

Arıqlamağa kömək edər - tərkibində olan bol miqdarda zülal sayəsində tez doymanıza kömək olur. 

Yaddaşı möhkəmləndirir - tərkibində olan kolin beynin böyüməsini və inkişafını təmin edir. Digər tərəfdən kolin yaddaşı möhkəmləndirir və daha dəqiq olmanıza kömək edər.