Bibisini bıçaqladı - Yaralının vəziyyəti orta-ağırdır

13 Aprel 2017 14:37 (UTC+04:00)

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. 

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədova Nəzakət Əlixan qızı qardaşı oğlu Kamran Məmmədov tərəfindən bıçaqlanıb.

Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Fakt bağlı  araşdırma aparılır.