"Anamı göstərin mənə" - Meyxanaçı Kərim

13 Aprel 2017 14:46 (UTC+04:00)

Beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilən və ötən gün palatadan evə köçürülən meyxanaçı Kərimdən sevənlərinə xoş xəbər var.

Movqe.az metbuat.az-a istinadən xəbər verir ki, meyxanaçının səhhəti hər gün yaxşılığa doğru dəyişir. Lakin Kərim, hələ də, anasının ölümündən xəbərsizdir. Qohumları artıq bir neçə gündür ki, müxtəlif bəhanələrlə onun ölümünü gizlədirlər. Kərimin səhhəti haqqında həmkarı Ağamirzə bunları deyib:

"Şükr Allaha, yaxşıdır. Yavaş-yavaş əvvəlki halına qayıdır. Artıq palatadan evə köçürülüb. Ona anasının ölümünü deməmişik. Kərim anası üçün çox narahatdır. Deyir anamı gətirin, onu görmək istəyirəm. Başa salırıq ki, sağal, sonra görüşərsən ananla. Səni belə görməsin, pis olar. Nə bilim, çox pis vəziyyətdir".