Aqrar universitetlə tibb universiteti arasında əməkdaşliq davam edir

13 Aprel 2017 17:46 (UTC+04:00)

 Azərbaycan Dövlət  Aqrar  Universitetininin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin Əczaçılıq ixtisası İlə Tibb Universuteti arasında xeyli müddətdir davam edən əməkdaşlıq səmərəli nəticəsini hazırlanan kadrların daha mükəmməl olması ilə göstərib. Qarşılıqlı mühazirələr, 4-cü kurs tələbələrinin Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılık kafedrasında mühazirə və laboratoriya məşğələlərində iştirak etməsi olduqca əhəmiyyətlidir.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, imzalanan əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilən məşğələ və mühazirələr hər iki universitet üçün əhəmiyyətlidir. Artıq iki gündür Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılık kafedrasının əməkdaşları Aqrar Universitetdə  tələbələr qarşısında mühazirələr oxuyur, onları maraqlandıran sualları cavablandırırlar.  Respublikada əczaçılıq üzrə ilk elmlər doktoru, professor Məhbubə Vəliyeva deyib ki, bu cür qarşılıqlı əməkdaşlıq təhsilin innovativ inkişafı deməkdir və daha mükəmməl kadr hazırlığında önəmli yer tutur. Aqrar Universitetin tələbələrinin Tibb Universitetinə göndərilməsində isə əsas məqsəd bu təhsil müəssisəsinin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq, aparıcı müəllimlərin mühazirə və praktik dərslərində iştirak etmək və ixtisasları üzrə biliklərinin artırmaqdır.

Əczaçılq üzrə fəlsəfə doktoru Vaqif İsgəndərov isə Aqrar Universitetdə yaradılan şəraitin kadr hazırlığında əhəmiyyətini qeyd edib və mətbuata açıqlamasında bu təhsil müəssisəsinin mərkəzdə fəaliyyət göstərən universitetlərdən də irəlidə olduğunu bildirib.

Tətbiq olunan bu təcrübə hər iki universitet arasında əməkdaşlığın səmərəsindən, əlaqələrin daha da inkişaf etməsindən xəbər verirƏLİHÜSEYN ŞÜKÜROV.Quraşdırılmış təsvir 3 Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1Quraşdırılmış təsvir 4