Beyin qanaması keçirən İbrahimin vəziyyəti ağırdır

14 Aprel 2017 11:45 (UTC+04:00)

Beyin qanaması keçirən və əməliyyat olunan müğənni İbrahim Erkalın son vəziyyəti ilə bağlı açıqlama verilib.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, xəstəxanadan iki gündür ağır vəziyyətdə olan ifaçının səhhətinin kritik olaraq qaldığını bildirilib:

"Reanimasiyda olan İbrahim Erkalın bugünkü müayinə nəticələrinə baxdıqda beyin ödeminin davam etdiyi, həyati təhlükəsinin qaldığı müəyyən edilib".