Azərbaycan-Cibuti parlamentlərarası işçi qrupu yaradılır

14 Aprel 2017 12:22 (UTC+04:00)

Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Movqe.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə ediləcək.

Qeyd edilib ki, işçi qrupunun yaradılması parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. İşçi qrupunun rəhbərinin deputat Vüsal Hüseynovun seçiləcəyi gözlənilir.