Dünyanın ən uzunömürlü insanları neçə il yaşayıb? – ADLAR+FOTOLAR

14 Aprel 2017 22:24 (UTC+04:00)

İnsanların maksimum nə qədər ömür sürə biləcəkləri daim araşdırma mövzusu olub, bu sahədə polemikalar aparılıb. Bəzi insanlar genetik özəllikləri, həyat tərzləri və s. amillərlə bağlı uzun illər yaşa bilib.

Bu günə qədər uzunömürlülüyün səbəbləri ilə bağlı müzakirələr davam etsə də, alimlər bir məsələdə həmfikirdirlər – insanın uzunömür sürməsi ilk növbədə onun özündən asılıdır.
Tarixdə çinli Li Tsinyunun 235 yaxud Azərbaycanda yaşamış Şirəli Müslümovun 168 il ömür sürməsi barədə məlumatlar yer alsa da, onların sənədli təsdiqi olmayıb. Məhz tarixi sənədlər, əsasən də doğum haqqında şəhadətnamənin olmaması yüzlərlə uzunömürlü insanın dəqiq yaşını müəyyən etməyə imkan verməyib.

Movqe.az təvəllüdləri və ölüm tarixləri rəsmən təsdiqlənmiş, bu gün üçün ən çox ömür sürmüş insanların siyahısını təqdim edir.

b_448_266_16777215_0___images_stories_009APREL_janna.jpeg

Janna Kalman – 122 il, 164 gün. Yer kürəsində ən uzun ömür sürmüş insan.

Janna Kalman 1875-ci il fevralın 21-də Fransanın Arl şəhərində anadan olub. O, bu şəhərdə böyüyüb və bütün ömrünü keçkirib. 1896-cı ildə Fernan Kalmanla ailə həyatı qurub və 2 il sonra İvonn adlı qız övlad dünyaya gətirib. 1932-ci ildə İvonn, 1942-ci ildə isə Fernan xəstəlikdən keçinir. Bundan sonra tək yaşayan Kalman 110 yaşında qocalar evinə köçür və 122 yaşında burada vəfat edib.
Maraqlıdır ki, Janna Kalman 13 yaşı olarkən məşhur yazıçı Viktor Hüqo ilə üzləşdiyini xatırlayıb. Atasının dükanında satıcı işlətən zaman dükana daxil olan yazıçı Kalmana pinti və qaba təsir bağışlayıb.
Janna Kalmanın yaşı 23 tarixi sənəd və çoxsaylı genetik testlərlə təsdiqini tapıb.

b_448_299_16777215_0___images_stories_009APREL_sara.jpeg

Sara Knauss – 119 il, 97 gün

Sara Knaus 1880-ci il sentyabrın 24-də ABŞ-ın Pensilvaniya ştatının Hollivud şəhərində anadan olub. Sığorta meneceri çalışan Knauss evləndikdən sonra evdar qadın olmuşdu. O 2000-ci ilin daxil olmasına 33 saat qala qocalar evində keçinmişdi. Knaus 7 müharibə və 23 ABŞ prezidentinin hakimiyyətini görmüşdü. Yeganə qızı Ketrin isə 101 il ömür sürüb və 2004-cü ildə vəfat edib.

b_448_298_16777215_0___images_stories_009APREL_lusi.jpeg

Lüsi Hanna – 117 il, 248 gün

Lüsi Hanna 1875-ci il iyulun 16-da ABŞ-ın Alabama ştatının Linden şəhərində doğulub. O 1901-ci ildə Con Hanna ilə ailə həyatı qurmuş və 8 övlada sahib olmuşdu. Qaradərili Lüsi Hanna neqroid irqinin nümayəndələri arasında ən çox ömür sürmüş şəxsdir. O uzunömürlülüyünün sirrini irsində görürdü. Belə ki, onun anası 99, 2 bacısı isə 101 və 104 yaşa kimi ömür sürmüşdülər. Hanna 1993-cü il martın 21-də vəfat etmişdi.

b_325_300_16777215_0___images_stories_009APREL_mariya.jpeg

Mariya-Luiza Meyor – 117 il, 230 gün

Mariya-Luiza Meyor 1880-ci il avqustun 29-da Kanadanın Kvebek əyalətinin Kamuraska şəhərində doğulub. Meyor 30 yaşında paytaxt Ottavaya köçmüşdü. İki evlilik, 10 uşaq sahibi olan Meyor yalnız 90 yaşında siqareti tərgitmişdi. O 1998-ci il aprelin 16-da doğma şəhərində keçinmişdi.

b_448_336_16777215_0___images_stories_009APREL_emma.jpeg

Emma Morano – 117 il, 135 gün (hələ sağdır)

Emma Morano hazırda rəsmən dünyanın ən yaşlı sakinidir. O, 1899-cu il noyabrın 29-da İtaliyanın Pyemont vilayətinin Çivyasko kəndində doğulub. 1926-cı ildə Covanni Martinuççi ilə ailə həyatı quran Morano 1938-ci ildə ərindən ayırılıb. Onların yeganə uşaqları 6 aylıq olarkən vəfat edib. Bundan sonra heç zaman ərə getməyən Morano bu günə qədər Laqo-Macore gölünün sahilində yerləşən Pallantsu kəndində yaşayır. O, müsahibələrində uzunömürlülüyünü heç zaman narkotik qəbul etməməsi, gündə 3 dəfə yumurta yeməsi və arada evdə çəkdiyi çaxırdan içməsi ilə əlaqələndirib. Emma Morano hər zaman xoşniyyət olduğunu da əlavə edib.


 

modern.az