Ramzan Kadırovun qızı sinif yoldaşına ərə getdi

14 Aprel 2017 15:14 (UTC+04:00)

Çeçenistanın rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat ailə həyatı qurub.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, 18 yaşlı Ayşatın həyat yoldaşının 19 yaşı var və onlar eyni sinifdə oxuyub.

Ayşat Kadırova dizayner və moda evinin direktorudur. Onun müsəlman qadın geyimləri kolleksiyası Moskvada nümayiş etdirilib.

Qeyd edək ki, Ramzan Kadırovun 12 övladı var.