Barama istehsalçılarına şad xəbər

17 Aprel 2017 12:38 (UTC+04:00)

Sabah Çin Xalq Respublikasından Azərbaycana 6 min qutu  hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) gətiriləcək. Bu barədə Movqe.az-a məlumatı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtizəli Hacıyev verib. M. Hacıyev bildirib ki, hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasından kümçülərə ödənişsiz olaraq paylanılacaq. 

Qeyd edək ki, 2017-ci ildə brama istehsalının təxminən 120 tona çatdırılması nəzərdə tutulur. Cari ildə qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) alınaraq respublikaya gətirilməsi və kümçülərə ödənişsiz olaraq paylanmasını təşkil etmək məqsədilə tender elan olunub. Əldə edilmiş hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) barama istehsalı ilə məşğul olmaq istəyən istehsalçıların müraciəti əsasında rayonlar üzrə bölgü əsasında paylanılması planlaşdırılırdı. 

Zülfiyyə QULUYEVA