Doğulan oğlanların sayı normanı ötüb-Rəsmi açıqlama

17 Aprel 2017 14:26 (UTC+04:00)

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Bu barədə Movqe.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Xəbərə görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Körpələrdən  424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi    47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma      105-107 təşkil edir). Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür. 

Zülfiyyə QULUYEVA